Yaman darıxıram sənin üçün Ana | Gözəl Ana şeiri

Yaman darıxıram sənin üçün ANA

Yaman darıxıram səninçün Ana,
Başımı dizinə qoymağım gəlir.
Körpə uşaq kimi, sarılıb sənə,
Həsrətin gözünü oymağım gəlir.

Elə kövrəlmişəm bu axşam yenə,
İstərəm bir layla deyəsən mənə.
Astaca başımı qoyub sinənə,
Sanki bir bulud tək dolmağım gəlir.

Elə həsrətəm ki, şirin sözünə,
Üzümü söykəyəm, nurlu üzünə.
Uşaq tək gözümü dikib gözünə,
Elə bax beləcə qalmağım gəlir.


Yaman darıxıram sənin üçün Ana | Gözəl Ana şeiri ana ucun seir

 

0 şərh